Haqqımızda

Salespro sistemində Namizədlər və İşəgötürənlər olmaqla 2 istifadəçi qrupu mövcuddur. Hər iki qrup müstəqil şəkildə sistemdə qeydiyyatdan keçə bilir. İşəgötürənlər nəzərdə tutduqları axtarış kriteriyalarını (iş təcrübəsi, yaş, təhsil, əmək haqqı gözləntisi və s.) təyin edir və sistem aktiv namizədlərin tam siyahısını işəgötürənə təqdim edir. İşədüzəltmə şirkətlərindən fərqli olaraq sistemdə heç bir işəgötürənə və ya namizədə üstünlük yaradılmır.

Axtarış filterlərinə əsasən seçilmiş namizədlər ilə əlaqə yaratmaq üçün şəxsi məlumatlar bölməsində qeyd edilmiş telefon nömrəsi, email ünvanı və s. vasitələrdən hər hansı biri istifadə oluna bilər. Namizəd ilə əlaqə yaratmaq üçün işəgötürən birbaşa olaraq Salespro sistemində namizədin kartında qeyd olunmuş məlumatlara əsaslanır.

Profil yaradılması

Siz, sistemdə namizəd kimi qeydiyyatdan keçərək şəxsi kabinetinizdə profilinizi yaratmağa başlayırsınız. Şəxsi məlumatlarınız, iş təcrübəniz, təhsiliniz, xüsusi bacarıqlarınız, dil bilikləriniz, sertifikatlarınız, sizə maraqlı olan vəzifələr, əmək haqqı gözləntiniz, iş qrafiki istəyiniz, sizə maraqlı olan şirkətlər və digər seçimləri qeyd edərək heç bir ödənişsiz, çap oluna bilən elektron CV nizi yaratmış olursunuz. İstədiyiniz zaman profil məlumatlarınızı dəyişmək, CV nizi yeniləmək və paylaşmaq üçün yükləmək mümkündür.

Burada namizəd olaraq sizin üzərinizə düşən əsas iş öz profil məlumatlarınızı dəqiq və ətraflı daxil etməkdir. Çünki qeyd etdiyiniz hər bir məlumat axtarış nəticələrində önə çıxmanız üçün xüsusi əhəmiyyət daşıyır. Namizədlər öz profilində onlar üçün maraqlı olan vəzifə adları və şirkət adlarını qeyd edə bilirlər. Bu şəkildə onların profili qeyd etdikləri vəzifələr və şirkət axtarışlarında önə çıxmış olur. Bundan əlavə namizədlər onların profilinə olan baxış saylarını da izləyə bilirlər.

Profilin aktivləşdirilməsi

Sistemdə qeydiyyatınızı bitirdikdən sonra siz öz profilinizi aktivləşdirə bilərsiniz. Profili aktivləşdirmək sizin axtarış nəticələrində görünməyiniz üçün lazımdır. Əgər sizin profiliniz aktiv deyilsə, haqqınızda olan məlumat ancaq özünüz üçün açıq olacaq, işəgötürənlər isə sizin profil məlumatlarını görə bilməyəcək. Proflinizin aktivləşdirilməsi üçün sizin haqqınızda tələb olunan bəzi məlumatları mütləq doldurmalı və profilinizin aktiv qalma müddətini seçməlisiniz. Aktivləşdirmə ilə bağlı daha ətraflı məlumatı profil yaratdıqdan sonra əldə edə biləcəksiniz.


Bizimlə əlaqə

Hər hansı bir suallarınız və ya tövsiyələriniz üçün zəng edin: 

+994 55 214 01 68 və ya aşağıdakı formu doldurun.

Privacy policy

Baş ofis ünvanı

Bakı şəhəri, Binəqədi rayonu, Xarici dairəvi küç. 3121-ci məhəllə

Bizə zəng edin