SALESPRO İSTİFADƏÇİ RAZILAŞMASI

  • Ümumi müddəalar
  • Bu Razılaşma www.salespro.az Xidmətinin İstifadəçiləri üçün şərtləri müəyyən edir.
  • Bu Razılaşmanın məqsədləri üçün aşağıda göstərilən terminlər və təyinlər aşağıdakı mənada tətbiq olunur:
  • Xidmət – İnternet şəbəkəsində www.salespro.az ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Şirkət və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.
  • Şirkət – Xidmətin inzibatçılığını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş “Retailor MMC” Şirkəti (VÖEN: 1602268111) həyata keçirir. Xidmətə dair bütün mülkiyyət hüquqları müstəsna olaraq Şirkətə aiddir.
  • İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Xidmətdən istifadə edən istənilən hüquq səlahiyyəti olan şəxsdir.
  • Şəxsi hesab – İstifadəçi tərəfindən yerləşdirilmiş məlumatlar məcmusudur.
  • İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin fərdi məlumatları, Xidmətdən istifadə prosesində Şirkətə avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya Xidmətdən istifadə prosesində təqdim edir.
  • İnformasiya – Xidmətdə İstifadəçi və ya Şirkət tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.
  • Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.
  • Razılaşmanın Tərəfləri – Şirkət və İstifadəçidir.
  • Bu Razılaşmada istifadə olunan və "Terminlər və təyinlər" bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, Razılaşmanın mətnində yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Şirkət tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.
  • Xidmətdən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.
  • Hazırkı Razılaşma ictimai ofertadır.
  • Xidmətdən istifadə edərək, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və Xidmətdən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
  • Şirkət istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
  • İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Xidmətə girişdən imtina etməli, Xidmətin xidmətlərindən istifadə etməsini dayandırmalıdır.
  • Bununla Şirkət İstifadəçilərə Xidmətdən istifadə etməklə fərdi məlumatların yerləşdirilməsi və və işəgötürənlər tərəfindən axtarışı üzrə xidmətləri təklif edir.
  • Ayrı xidmətlərin verilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.
  • Xidmətdə qeydiyyat könüllüdür. Xidmətdə qeydiyyat halında İstifadəçi Xidmətin əlavə xidmətlərinə daxil olur. Şirkət İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
  • İstifadəçi öz şifrəsini gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və şifrədan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi hesabında yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Xidmətdən yalnız öz şəxsi elektron ünvandan və şifrədən istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi hesabına icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz şifrəsini sərbəst şəkildə dəyişməyi öhdəsinə götürür.
  • Şirkət İstifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.
  • Şirkət zəmanət verə bilməz ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir, Xidmətdə qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.
  • İstifadəçiyə bunun üçün Xidmətdə mümkün olan bütün alətlərdən istifadə edərək mümkün kontragentlərlə ünsiyyət saxlamağa tövsiyə edilir.
  • Şirkət öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.
  • İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi, Şirkət İstifadəçinin Xidmətdən istifadəsini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
  • İstifadəçi, hansının ki, xidmətlərə girişi dayandırılmışdır, və ya hansının ki, məlumatları etibarsızdır, Şirkətin xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Xidmətə və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

  • Xidmətdən istifadə
  • Şirkət xüsusi formanın doldurulmasından sonra bütün qeydiyyatdan keçmiş İstifadəçilərə Xidmətdən istifadə etmək hüququnu verir.
  • İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Xidmətin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.
  • Əmək müqaviləsi İstifadəçilər arasında birbaşa bağlanılır. Şirkət Xidmət vasitəsi ilə İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçısı və/və ya vasitəçisi deyildir. Şirkət belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
  • İstifadəçinin Xidmətdəki şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə münaqişəyə girməməlidir.
  • İstifadəçi o haqda xəbərdarlıq edilmişdir ki, Şirkət onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, dair istinadlar Xidmətdə ola bilər. Şirkət məlumatların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
  • İstifadəçi tərəfindən verilmiş məlumatları və informasiyanı dərc etmək hüququnun Şirkət tərəfindən alınması məqsədi ilə İstifadəçi Şirkətə hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir. Yuxarıda sadalanmış hüquqlar Şirkətə pulsuz verilir. İstifadəçi Xidmətin bütün İstifadəçilərinə özünün tərəfindən yerləşdirilmiş informasiyaya girişə hüquq verir.
  • İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Xidmət məsuliyyət daşımır.
  • Xidmətin istifadəçisi Xidmətin təlimatlarına uyğun olaraq fərdi məlumatları yerləşdirməyi və etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi şəxsi hesabındakı məlumatları yoxlamalı və, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.
  • Xidmət İstifadəçidən əlavə məlumatı və/və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Xidmət belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir.
  • Xidmətdə o məlumatlar qadağan edilmişdir ki, nəşri qüvvədə olan qanunvericiliyi pozur, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına ziddir, təhqiredicidir və ya yersizdir, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozur. İstifadəçi əmin olmalıdır ki, təklif qüvvədə olan qanunvericilik və hazırkı Razılaşmanın şərtlərini pozmur.
  • Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırkı Razılaşmanın pozulması zamanı Şirkət tərəfindən bloklanmayacaqdır. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.
  • İstifadəçi Şirkətin yazılı icazəsi olmadan Xidmətə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür.
  • Bundan başqa, İstifadəçi öhdəsinə götürür:
  • Xidmətin infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;
  • Şirkətin ilkin yazılı icazəsi olmadan Xidmətdə olanı istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;
  • Xidmətə girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Xidmətin işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;
  • İstifadəçi tərəfindən verilmiş məlumatlar və onun Xidmətdə hərəkətləri olmamalıdır:
  • yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
  • dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
  • oğurluq və ya saxta məlumatlarla sazişlərin bağlanmasına aparma;
  • özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;
  • özündə kimə qaşı olursa olsun böhtan və ya təhdidləri saxlama;
  • cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
  • imkan yaratmaq, dəstəkləmək və ya terror və ekstremist fəaliyyətə çağırmaq;
  • ədəbsizlik, və ya pornoqrafiya xarakterini daşımaq;
  • özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Xidmətin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;
  • üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq;
  • qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.
  • Şirkət istənilən Xidmətdən asılı və ya müstəqil səbəblərdən nümayiş müddətlərinin yerini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna malikdir.
  • Şirkət istənilən vaxt istənilən məlumatın nümayişini, hazırkı Razılaşmada söylənmiş qaydaları pozan səbəblərdən, həmçinin də başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən, dayandırmaq hüququna malikdir.
  • Şirkət məlumatları redaktə etmək, həmçinin İstifadəçi məlumatları ilə istənilən başqa hərəkətləri etmək hüququna malikdir.
  • Şirkət profilin aktivləşdirlməsindən (nəşrindən) imtina etmək hüququna malikdir.
  • İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.

  • Pullu xidmətlər
  • İstifadəçilər Xidmətdə pullu xidmətləri sifariş edə bilərlər.
  • Pullu xidmətlərin növləri:
  • Axtarışda irəli çək
  • Profilin 1 aylıq aktivləşdirilməsi
  • Profilin 3 aylıq aktivləşdirilməsi
  • Profilin 6 aylıq aktivləşdirilməsi
  • Profilin 12 aylıq aktivləşdirilməsi
  • Xidmətlərə qiymətlər, həmçinin pullu xidmətlərin sifariş qaydası Xidmətin müvafiq səhifələrində göstərilmişdir.
  • Xidmətin ödənmiş Xidmət İstifadəçisi vasitələrin qaytarılması xahişi ilə Şirkətə müraciət etmək hüququna malikdir. Pul vasitələrinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qayda ilə Şirkət tərəfindən qəbul edilir.
  • Şirkət pul vasitələrinin İstifadəçiyə qaytarılmasında imtina etməkdə bu hallarda haqlıdır, əgər:
  • İstifadəçi hazırkı Razılaşmanın şərtlərini müntəzəm pozur.
  • Əgər xidmət aktivləşdirilmişdir, həmçinin hallarda, əgər elan moderasiyadan sonra silinmişdir.
  • Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında. Xidmət İstifadəçilərin vasitəsilə Xidmət xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır. Pul vasitələrinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.
  • Digər hallarda Şirkətin qərarı üzrə.
  • Pul vəsaitlərin qaytarılma qaydası Şirkət və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

  • Kommunikasiya
  • Şirkət İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Xidmətin mesajları Xidmətdə dərc edilə bilər.
  • Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər, təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
  • Xidmətdə dərc edilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
  • Şirkət başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Xidmətdə mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
  • Şirkət başqa İstifadəçilər və/və ya robotları tərəfindən Xidmətin səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
  • İstifadəçi təsdiqləyir ki, Şirkət İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
  • İstifadəçinin Şirkət və ya Xidmətin moderatorları ilə yazışması ünvanı Xidmətdə göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
  • İstifadəçiyə Xidmətdə moderatorların və Şirkətnın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
  • İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.

  • Proqram təminatı
  • Şirkət saytın yerləşdirildiyi domen adının, saytın özünün, mobil əlavələrin, həmçinin bütün Xidmət və Xidmətin bütün proqram təminatının xüsusi sahibkarıdır.
  • Proqram təminatının yükləməsi zamanı Şirkət İstifadəçiyə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan, şəxsi pulsuz adi lisenziyanı verir.
  • Xidmətin funksiyalarına əsasən belə lisenziya istisna olaraq İstifadəçiyə Xidmətdən istifadə imkanının verilməsi və onlardan xeyirlərin alınması üçün nəzərdə tutulmuşdur.
  • (Xidmətin) Şirkətin (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Şirkətnın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.

  • Məsuliyyətin məhdudlaşdırılması
  • İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.
  • Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Xidmətdə açıq girişdə yerləşdirilir, yəni digər istifadəçilər onunla əlaqə yaratmaq üçün bu məlumatlara giriş əldə edir.
  • İstifadəçi informasiyanın belə yerləşdirilməsi ilə bağlı bütün riskləri anlayır və özünə qəbul edir, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər.
  • Şirkət Xidmətin İstifadəçiləri tərəfindən müqavilələrin bağlanmasına və icrasına (həyata keçirilməsinə), vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində, görə məsuliyyət daşımır.
  • Xidmətdən istifadə edib, İstifadəçi öz razılığı ilə təsdiqləyir ki, o Xidmətdən məsuliyyəti öz üzərinə götürərək istifadə edir, Xidmətdə yerləşdirilmiş məlumatların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.
  • Şirkət İstifadəçilər tərəfindən yerləşdirilmiş məlumatları hər zaman yoxlamır, nəticədə, keyfiyyət, təhlükəsizlik, qanunilik və dəqiqlik Xidmətin nəzarətindən kənardadır.
  • Xidmət İstifadəçilər tərəfindən yerləşdirilən informasiyanın etibarlılığına nəzarət edə bilmir.
  • Şirkət, rəhbərlik və əməkdaşlar, Xidmətdə yerləşdirilmiş məlumatların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.
  • Şirkət, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və/və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar.
  • İstifadəçi anlayır ki, Xidmətdə elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki, hər onu profili işəgötürənlər tərəfindən baxılacaq və ona iş təklifi olunacaq.
  • Qanunvericiliklə icazə verilmiş dərəcədə, Xidmətin istənilən iddialar üzrə ümumi məsuliyyəti İstifadəçi tərəfindən Xidmətin xidmətlərindən istifadəsinə görə və ya (Xidmətin mülahizəsinə görə) bu xidmətlərin İstifadəçiyə təkrar verilməsi ilə ödənmiş məbləğ ilə məhdudlaşdırılır.
  • İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və/və ya Xidmətin müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Şirkəti cəlb etmədən sərbəst həll edir.
  • Şirkət Xidmətin üçüncü şəxslərin Şirkətin razılığı (icazəsi) və/və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və/və ya İstifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədən şəxsi məlumatlar), məsuliyyət daşımır.
  • İstifadəçi onunla razıdır ki, Şirkət İstifadəçi qarşısında Xidmətin istənilən məzmunu ilə bağlı və/və ya İstifadəçi tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Xidmətdə mümkün olan mallarla və ya xidmətlərlə və ya İstifadəçinin Xidmətdə yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə, məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
  • Şirkət Xidmətə ötürülə bilən və ya Xidmət vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
  • İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Xidmətdən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.
  • Xidmətin İstifadəçisinin başqa İstifadəçisi tərəfindən hüquqlarının pozulduğu halda İstifadəçi, kimin ki hüquqlar pozulmuşdur, müvafiq şikayət ilə Şirkətə və ya moderatorlara müraciət edə bilər. Şirkət şikayətə baxmağı və, onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması tədbirlər görməyi öhdəsinə götürür.

  • İstifadə qaydalarının hərəkət müddəti
  • Hazırkı razılaşma İstifadəçi tərəfindən Xidmətin istifadəsinin başlanğıcı anından qüvvəyə minir, Xidmətdə İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq, və müddətsiz qüvvədədir.
  • İstifadəçi istənilən vaxt özünün Xidmətin xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna malikdir.
  • Xidmət şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Şirkətnın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Xidmətə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

  • Digər şərtlər
  • Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Xidmətin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
  • Bütün mübahisələrə dair Azərbaycanın qanunvericiliyi tətbiq edilir.
  • Şirkət birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Xidmətdə dərc edilməsi tarixindən qüvvəyə minir.
  • Razılaşmada heç nə İstifadəçi və Şirkət arasında agent münasibətlərinin, Yoldaşlığın münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlər, şəxsi işəgötürmənin münasibətlərinin, və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.
  • Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
  • Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Şirkət tərəfindən fəaliyyətsizlik daha sonra Şirkətin öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
  • Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış olmuşdur və onları sözsüz və tam həcmdə qəbul edir.